Haqqımızda
Fərq eyni Apple məhsulunun Azərbaycanın rəsmi mağazalarındakı qiymətlərini bir yerdə göstərir. Biz heç nə satmırıq: məhsulu mağazanın öz saytında alırsınız.
Qiymətlər haradan gəlir
Qiymətləri hər gün mağazaların saytlarından yoxlayırıq. Mağazanın saytındakı onlayn qiyməti götürürük — məhsulu elə həmin qiymətə alırsınız. Kredit və hissə-hissə ödəniş şərtlərini göstərmirik.
Hər model səhifəsində qiymətlərin nə vaxt yoxlandığı yazılıb.
Qiymətlərini izlədiyimiz mağazalar
- Baku Electronics
- İrşad
- iSpace
- Soliton
Məhsulları necə tanıyırıq
Mağazalar eyni məhsulu müxtəlif adlarla yazır. Biz məhsulu Apple artikulu və ya adı ilə tanıyırıq. Əmin olmadığımız məhsulu insan yoxlayır, yoxlanana qədər onun qiyməti saytda görünmür.
Yalnız rəsmi mağazalar
Elanlar, marketpleyslər və şəxsi satıcılar yoxdur, işlənmiş və bərpa olunmuş cihazlar da. Ona görə siyahıdakı qiymətləri bir-biri ilə rahat müqayisə etmək olar.
Məxfilik
Qeydiyyat lazım deyil, sayt pulsuzdur. Mağazaya keçidləri sayırıq: hansı məhsuldan hansı mağazaya keçildiyini. IP ünvanınızı və sizi tanıdan brauzer məlumatını saxlamırıq — yalnız cihaz növünü: telefon, planşet və ya kompüter.